Amerika

Trampdan Zelenskiyə sərt tənqid: “Ağzından çıxan hər söz problemlidir”

26 May 2025 23:04
Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin bəyanatlarını sərt şəkildə tənqid edib. O, "Truth Social" platformasında yazıb ki, Zelenskinin çıxışları Ukraynaya xidmət etmir və onun dedikləri daim problemlərə səbəb olur.

Milli.Az xəbər verir ki, Tramp qeyd edib ki, əgər o, prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamazdı:

"Bu müharibə mənim deyil Zelenskinin, Putinin və Baydenin müharibəsidir".

Ağ Evdə jurnalistlərlə söhbətində isə Tramp Rusiyanın Ukraynadakı hücumlarını qəddar adlandıraraq, bu gedişatın Rusiyanın özünə də zərər verə biləcəyini vurğulayıb. O, Vladimir Putini çoxdan tanıdığını deyərək, "O, dəyişib və bu, xoşuma gəlmir. Sadəcə dəlidir, günahsız insanları öldürür", - deyə bildirib.

Tramp sonda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini nəzərdən keçirdiyini də əlavə edib.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.