Ölkə

Azərbaycanda toyda insident: müğənni qonaqla əlbəyaxa oldu

12 İyun 2025 10:57
Baxış: 2 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdaşda toyda dava olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.

Toyda qonaq olan 64 yaşlı N. Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü deyib.

Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.