Hadisə

5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü

16 İyun 2025 21:58
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada 5 yaşlı uşaq "KamAz"ın altında qalaraq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Muxax kənd sakini 5 yaşlı Elman Məcid oğlu Sulxayev "KamAz" markalı maşının altında qalıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.