Cəmiyyət

Qaraçılarla bağlı narahatlıq yaranarsa, nə etməli? – DİN-dən açıqlama

11 İyun 2025 13:00
Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə və gündəlik cəmiyyətdə qaraçılarla bağlı narazılıqlar artmaqdadır. Bəzi vətəndaşlar onların küçədə sərt və təkəbbürlü davrandığını, ictimai asayişi pozduğunu bildirirlər.

Milli.Az xəbər verir ki, paytaxt sakinləri arasında keçirilən sorğu zamanı da bəzi vətəndaşlar bu davranışlardan narahat olduqlarını qeyd edirlər:

"Bir dəfə tanımadığım bir qadın qolbağımı istədi. Verməkdən imtina etdikdə isə kobud ifadələrlə hədələndim", - deyə sakinlərdən biri bildirib.

Bəs qaraçılarla bağlı problem yaşayanda nə etmək lazımdır? 

Məsələ ilə bağlı DİN əməkdaşı Elbrus İbrahimov bildirildi ki, gündəlik xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanan belə şəxslər aşkarlanır:

"Onların barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri tətbiq edilir. Hazırki dövrə qədər bu şəxslərin vətəndaşlara qaeşı hər hansı cinayət davranışlı xarakteri ilə bağlı polisə müraciət olunmayıb. Tüfeyli həyat tərzini təşviq edən davranışlara qarşı vətəndaşlar şübhəli və narahatlıq doğuran hallarla bağlı 102 xidmətinin zəng mərkəzinə məlumat verməklərini tövsiyə edirik".

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.