"Opta" analitik şirkəti ötən futbol mövsümün nəticələrinə əsasən, dünyanın ən yaxşı milli futbol çempionatlarının reytinqini açıqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ilk üçlükdə İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqası yer tutub.
Onluqda yer alan digər ölkələr isə Almaniya, Fransa, Belçika, Portuqaliya, Braziliya və Niderlandın elit divizionları və İngiltərə Çempionşipidir.
Qeyd edək ki, reytinq dünya üzrə 15 min klubun göstəricilərinə əsasən tərtib olunub.
Hüseyn
Milli.Az