İdman

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda medallar qazanıblar

15 İyun 2025 18:35
Baxış: 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandaları uğurlu nəticələr göstəriblər.

Milli.Az xəbər verir ki, Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu qızıl medal qazanıb.

Kişi cütlüklərin mübarizəsində Murad Rəfiyev və Daniel Abbasov rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Kişilərdən ibarət qrup - Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaih Dünya Kubokunu gümüş medalla başa vurublar.

Qarışıq cütlüklər arasında mübarizə aparan Milana Əliyeva və Sabir Ağayev də yarışın gümüş medalına layiq görülüblər.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.