Dünya

IQ səviyyəsi aşağı olanlara "prava" verilməyəcək - Bu ölkədə yeni dövr başlayır

11 İyun 2025 15:45
Baxış: 1 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu qədər avtomobil sıxlığının olduğu dövrdə problemin kökündən həlli sürücülük vəsiqələrinin verilməsi ilə bağlı qadağaların sərtləşdirilməsi ola bilər.

Milli.Az xəbər verir ki, artıq bu istiqamətdə ilk addımları Türkiyə atıb. Belə ki, Türkiyədə sürücülük vəsiqəsi almaq üçün IQ testindən keçmək lazım olacaq.

Türkiyədə sürücülük vəsiqəsi almaq istəyənlərə yaxın zamanda zehni qabiliyyət testi də tətbiq oluna bilər. Yeni qaydalara görə IQ səviyyəsi 79-dan aşağı olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək.

"Sürücü namizədləri və sürücülər üçün sağlamlıq şərtləri və müayinələr haqqında yeni qərara" əsasən, zihni gerilik, yaddaş və diqqət pozğunluğu, daimi ruhi xəstəliklər olan şəxslərə də sürücülük vəsiqəsi verilməsi qadağan olunacaq.

Eyni zamanda, istifadə etdikləri dərmanlar avtomobil idarəetməsinə mənfi təsir edən şəxslər də imtina edilə bilər.

Epilepsiya xəstələri üçün isə yaxşı xəbər var - əgər şəxs son 5 ildə tutma keçirməyibsə və mütəmadi olaraq həkim nəzarətindədirsə, lazımi sənədlərlə vəsiqə ala biləcək.

Sinir sisteminə yayılan xərçəng xəstəliyi olanlara isə artıq heç bir halda sürücülük vəsiqəsi verilməyəcək. Bu qərar, sükan arxasında sağlamlıq problemi yaranmasından ehtiyat edilərək verilib.

Yeni qaydalara görə, sürücü olmaq istəyənlər səlahiyyətli tibb müəssisələrində zehni vəziyyətlə bağlı testlərdən keçəcək. IQ testi və lazım gəldikdə psixiatr müayinəsi də bu prosesə daxil ediləcək.

Həmçinin görmə dərəcələri də yoxlanacaq. Hər iki gözün görmə gücü birinci qrup sürücülərdə cəmi ən az 1.0, ikinci qrupda isə bir gözdə 0.6, digərində 0.8 olmalıdır. Rəng korluğu problem sayılmasa da, gecə korluğu olanlara yalnız gündüz maşın sürmək icazəsi veriləcək.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.