Ölkə

Türkiyə hərbçiləri təlimdə iştirak üçün Azərbaycana yola düşdü - FOTO

9 İyun 2025 21:28
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana yola düşüb.

Milli.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata əsasən, şəxsi heyət Naxçıvanda keçiriləcək "Sarsılmaz Qardaşlıq" təlimində iştirak edəcək.

Bildirilib ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" adlı kompüter dəstəkli komanda-qərargah təlimi təlim 12-19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.