Dünya

İran ABŞ ilə birbaşa danışıqlar aparıb

19 İyun 2025 21:25
Baxış: 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi İsrailin keçən həftə İrana zərbələr endirməsindən sonra böhrana diplomatik son qoymaq məqsədilə bir neçə dəfə telefonla danışıb.

Milli.Az xəbər verir ki, bu haqda Reuters üç diplomata istinadən məlumat yayıb.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən diplomatların sözlərinə görə, Araqçi bildirib ki, İsrail iyunun 13-də başlayan hücumlarını dayandırmasa Tehranın danışıqlara qayıtmayacaq.

Onlar həmçinin bildiriblər ki, danışıqlarda İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq məqsədilə ABŞ-ın mayın sonunda İrana verdiyi təklifin də qısa müzakirəsi olub və Tehran bu təklifi indiyədək rədd edib.

ABŞ və İran rəsmiləri "Reuters"in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.

Məlumatda o da qeyd olunub ki, bu həftəki telefon danışıqları apreldə danışıqlara başlayandan bəri ən əsaslı birbaşa danışıqlar olub.

Tehrana yaxın diplomatlardan birini sözlərinə görə Araqçi Uitkoffa deyib ki, Vaşinqton İsrailə müharibəni dayandırmaq üçün təzyiq etsə, Tehran nüvə məsələsində çeviklik göstərə bilər. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.